EN

Tramp Putinlə görüşdən əvvəl Zelinski ilə danışacaq » AzadMedia.az


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl Ukrayna Prezidenti Zelenski və Avropa liderləri ilə danışacaq.

Bu barədə Almaniya hökuməti “Bloomberg”ə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri avqustun 13-də Putinlə Alyaskada görüşdən iki gün əvvəl Ağ Ev rəhbəri Donald Trampla telefon danışığı aparacaqlar.

Söhbətə ABŞ-nin Vitse-prezidenti J.D.Vens də qatılacaq.

Almaniya kanslerinin sözçüsü Fridrix Merz Tramp, Zelenski və Avropa liderləri arasında söhbətin çərşənbə günü saat 15:00-a planlaşdırıldığını açıqlayıb.
Chosen
31
50
azadmedia.az

10Sources