ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək və tərəflər arasında çərçivə sülh sazişi imzalanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb.
Məqaləyə əsasən, sənəddə ABŞ-ın Zəngəzur dəhlizinin inkişafı üzrə istisna hüquqlar əldə edəcəyi nəzərdə tutulur. Bu dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən strateji nəqliyyat marşrutudur.
Nəşr yazır ki, görüşün məhz Ağ Evdə, yox, Kremldə baş tutması Moskvanın postsovet məkanındakı zəifləyən nüfuzunun göstəricisidir – xüsusilə də Ukraynada başlanan müharibədən sonra.
Saziş çərçivəsində ABŞ hərbçilərinin regionda sülhməramlı rol oynaması da nəzərdə tutulur.
Həmçinin, mərasim zamanı ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin imzalanması da planlaşdırılır.
Natiq Səlim,
KONKRET.az