Bakı. Trend:
Futbol üzrə İran Superkubokunun qalibi bəlli olub.
Trend xəbər verir ki, finalmatçında çempion "Traktor"la kubokun qalibi "İstiqlal" üz-üzəgəlib.
İsfahandakı "Nəqş-e Cahan" stadionunda keçirilən görüş Təbrizklubunun qələbəsi ilə başa çatıb. "Traktor" məğlub duruma düşsə də,son dəqiqələrdə əzmkarlıq göstərərək, geridönüş edə bilib. 87-ci və90+2-ci dəqiqələrdə fərqlənən komanda 2:1 hesabı ilə qalibgəlib.
Qeyd edək ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan"Traktor" tarixində ilk Superkuboka yiyələnib.