EN

Putin Qərb ölkələri üzərində qələbə qazanıb

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Rusiya və onun lideri Vladimir Putin bütün cəbhələrdə, o cümlədən siyasi və iqtisadi sahədə Qərb ölkələri üzərində qələbə qazanıb.

Prezident bunu Moskvanın hərbi, diplomatik, siyasi və iqtisadi sahədə Qərbdən üstünlüyü ilə izah edib. O əlavə edib ki, Rusiya iqtisadiyyatı Qərbin məhdudlaşdırıcı tədbirlərinin öhdəsindən gəlməyə qadir olan yüksək dayanıqlığın simvoluna çevrilib.

Venesuela lideri Qərb ölkələrinin üçüncü ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq edən siyasətini də pisləyib. Onun sözlərinə görə, bu cür məhdudiyyətlər insanları ABŞ-ın iradəsinə tabe etmək məqsədi daşıyır.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
icma.az

2Sources