Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.
Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.///report