Rusiya hökuməti yazıçı Dmirti Bıkovu beynəlxalq axtarışa verib.
News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, Bıkov barəsində qiyabi həbs qərarı da çıxarılıb.
Qeyd edilir ki, rusiyalı yazıçı ordu haqqında saxta məlumatlar yaymaq və xarici agent öhdəliklərini yerinə yetirməkdən yayınma maddələri üzrə ittiham edilir.