NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan sammitlə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, Amerikanın “ABC News” telekanalına danışan Rutte bu görüşün Putinin müharibəni bitirmək məsələsində ciddiliyini yoxlamaq imkanı yaratdığını deyib.
O vurğulayıb ki, hər hansı potensial saziş Ukraynanın hərbi potensialına və ya NATO-nun Latviya, Estoniya və Finlandiya kimi ölkələrdə mövcudluğuna məhdudiyyətlər daxil etməməlidir.
"Rusiyanın Ukrayna ərazisinin bir hissəsinə nəzarət etdiyini etiraf etməliyik" deyən Rutte işğalın de-fakto tanınmasının mümkün olduğunu, lakin rəsmi olaraq tanınmamalı olduğunu qeyd edib.