EN

Çində keçirilən Dünya Oyunlarında idmançı ölüb

Çində

Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında italiyalı orientirinq idmançı Mattia Debertolis dünyasını dəyişib. 29 yaşlı Debertolis avqustun 8-də səhər saatlarında orta məsafəyə qaçarkən huşunu itirib. Həkimlər qrupu onu yerli xəstəxanaya aparıb. Görülən yardımlara baxmayaraq, dünyasını dəyişib.

Yarış təşkilatçıları idmançının vəfatı ilə bağlı başsağlığı verib və Debertolisin ailəsinə dəstək verəcəklərini bildiriblər, lakin əlavə şərh verməkdən imtina ediblər.

Cavid

Chosen
36
1
xalqcebhesi.az

2Sources