EN

La Liqanın oyunu Messinin çıxış etdiyi şəhərdə keçiriləcək

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniya Futbol Federasiyası La Liqanın 17-ci turuna aid "Vilyarreal" - "Barselona" matçının ölkə hüdudlarından kənarda keçirilməsinə "yaşıl işıq" yandırıb.

Oxu.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Rəsmilər FIFA-ya da müvafiq sorğu göndəriblər. Beynəlxalq futbol qurumu etiraz etməsə, "Vilyarreal" - "Barselona" matçı 20 dekabr 2025-ci ildə Mayamidə - "Hard Rock Stadium"da keçiriləcək. Beləliklə, kataloniyalılar "İnter Mayami"də çıxış edən Lionel Messini ziyarət etmiş olacaqlar.

Bu, ilk belə hal ola bilər ki, Avropanın "böyük beşlik" liqasının oyunu ABŞ-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
oxu.az

1Sources