EN

“Qalatasaray” Benjamin Pavarı hədəfləyib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Qalatasaray” Fransa millisinin müdafiəçisi Benjamin Pavar üçün “İnter”ə təklif göndərməyə hazırlaşır.

İdman.biz xəbər verir ki, bu barədə "La Repubblica" nəşri "FCInter1908" portalına istinadən məlumat yayıb.

"İnter"in fransalı futbolçu ilə bağlı bütün təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.

Bu yay "Qalatasaray" artıq “İnter”dən bir neçə transfer fürsətini qaçırıb. "Sarı-qırmızılar" Hakan Çalhanoğlu və Yann Zommer kimi oyunçularla maraqlanıblar, lakin istədiklərinə nail ola bilməyiblər. "La Repubblica" yazır ki, “Qalatasaray” Pavarı öz planlarına uyğun və önəmli bir transfer hədəfi kimi görür. Bu səbəbdən Türkiyə çempionu yaxın zamanda “İnter”ə rəsmi təklif göndərə bilər.

Qeyd edək ki, Pavar "İnter"ə 2023-cü ildə "Bavariya"dan keçib. 29 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avrodur ("Transfermarkt").

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
50
icma.az

10Sources