"İmişli" Avropa Klublar Assosiasiyasına (ECA) üzv olub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır.
Qeyd edək ki, "İmişli" yeni mövsümdən etibarən Misli Premyer Liqasında çıxış edəcək.