"İmişli"  Avropa Klublar Assosiasiyasına (ECA) üzv olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır.

Qeyd edək ki, "İmişli" yeni mövsümdən etibarən Misli Premyer Liqasında çıxış edəcək.