EN

Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan “SİMA İmza”-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir.

Bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək.

Müştərilər isə sənədləri “SİMA İmza” tətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər. Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəri təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatının azaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.

Chosen
39
18
publika.az

10Sources