Bakı. Trend:
Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan “SİMAİmza”-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir.Bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satışməntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələrartıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək.Müştərilər isə sənədləri “SİMA İmza” tətbiqi vasitəsilə asan vəetibarlı şəkildə imzalaya biləcəklər.
Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəritəcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatınınazaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.
Qeyd edək ki, hazırda abunəçilərə həm kağız, həm də rəqəmsalimza alternativləri təqdim olunur. Lakin yaxın zamanda imzalamaprosesinin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.