EN

Az saatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq

"MİQ üzrə vakant yerlərin gizlədilməsi yolverilməzdir və bu iddialar əsassızdır".

"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

"Ümumilikdə, az saatlı vakant yerlərin təqdim olunmamasının səbəbi onların tədris prosesinə mənfi təsir göstərməsidir", - o əlavə edib.

Nurlan İsmayılbəyli bildirib ki, ötən illərdən fərqli olaraq, az saatlı (3-5saat) vakant yerlər birləşdirilərək təqdim olunacaq: "Bu halda biri əsas, digəri isə əlavə yer kimi nəzərdə tutulacaq".

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə MİQ üzrə vakant yerlərin gizlədilməsi ilə bağlı narazılıqlar yayılıb.

Chosen
41
6
unikal.az

7Sources