"MİQ üzrə vakant yerlərin gizlədilməsi yolverilməzdir və bu iddialar əsassızdır"...
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
"Ümumilikdə, az saatlı vakant yerlərin təqdim olunmamasının səbəbi onların tədris prosesinə mənfi təsir göstərməsidir", - o əlavə edib.
Nurlan İsmayılbəyli bildirib ki, ötən illərdən fərqli olaraq, az saatlı (3-5saat) vakant yerlər birləşdirilərək təqdim olunacaq: "Bu halda biri əsas, digəri isə əlavə yer kimi nəzərdə tutulacaq".
Poliqon.info