"Express Lombard" ASC 2024-cü ili 483 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 134 min manat xalis mənfəət ilə balamışdı. Beləliklə, "Express Lombard"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3,6 dədə artıb.
Marja.az xəbər verir ki, "Express Lombard"ın gəlirləri 2023-cü ildə 520 min manat ikən, 2024-cü ildə 1 milyon 43 min manat təşkil edib (2 dəfə artıb).
Ötən il "Express Lombard"ın cəmi aktivləri 5 dəfə artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyon 105 min manata çatıb. ASC 2023-cü ilin sonunda 222 min manat cəmi aktivlərə malik idi.
2024-cü ilin sonunda "Express Lombard" ASC-nin 1 milyon amant nizamnamə kapitalının 45%-i Həsənov Nicat Vaqif oğluna, digər 45%-i Həsənov Rifat Vaqif oğluna və 10%-i Cabbarova Leyla Vaqif qızına məxsus olub.