EN

Xalq artistinin qızı vəfat etdi - VİDEO

Gəncədə uzun illər mədəni-maarif sahəsində çalışmış Arzu Həmzəyeva dünyasını dəyişib.

"Unikal" Gencexeber.az-a istinadən xəbər verir ki, Arzu Həmzəyeva bu gecə saat 01:30 radələrində Gəncə şəhərində vəfat edib. Mərhum bu gün Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Arzu Həmzəyeva 1972-ci ildə ailə quraraq Gəncəyə köçüb. Mərhum 1985-ci ildə Uşaq Yaradıcılıq Mərkəzində dram müəllimi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1996-cı ildən etibarən həmin mərkəzin müdiri vəzifəsində çalışıb. 1997-ci ildən isə Xanlar (indiki Göygöl) rayonunun Qızılca kəndində yerləşən əlillər evinə rəhbərlik edib. O, Yeni Azərbaycan Partiyasının (YAP) qadınlar şurasının yerli təşkilatının sədri kimi fəaliyyət də göstərib.

Qeyd edək ki, A.Həmzəyeva Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan SSR Xalq artisti (1967), “Şöhrət” ordenli (2000), Prezidentin fəxri təqaüdçüsü (1995) Zəroş Həmzəyevanın (Əliyeva) qızıdır.

Chosen
51
50
unikal.az

10Sources