AZ

"Məni yalnız "imkan" olaraq gördünüz" - Özcan Denizdən anasına

Türkiyəli müğənni və aktyor Özcan Deniz, 22 il davam edən iş ortaqlığını böyük qardaşı Ercan Denizlə bitirdikdən sonra həm ailə daxilində, həm də məhkəmə proseslərində gərgin günlər yaşayır.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, mülkiyyətin verilməsi bağlı anlaşmazlıqlar, təhdid iddiaları və yüksək məbləğli borclarla başlayan böhran, son günlərdə anası Kadriye Denizin “Mənə verdiyi dəyər 20 min TL, sığortam belə yoxdur” sözləri ilə yeni bir mərhələyə keçib.

K. Deniz sosial mediada “Bundan sonra nə bayram, nə salam. Qan bağı mənfəət bağına uduzanda övlad deyil, yad qalır” paylaşımı ilə münasibətləri kəsdiyini bildirib. 

Anasının sərt açıqlamalarına cavab verən Özcan Deniz, ard-arda paylaşım edib və bunları yazıb:

"Məndən oğurlanan 40 ilimin xatirinə 40 paylaşım edəcəyəm. Məni yalnız "imkan" olaraq gördünüz. Övlad və ya qardaş yox,məni bir qul olaraq gördünüz. Əziz anam, etdiyiniz saysız-hesabsız pisliklərə sinə gərdim, amma yolumuz eyni deyil. Mən səni, yurdu və o baş xəyanətkarı qəlbimdə basdırdım, torpağını atdım və yasınızı tutdum. Artıq nə bir damla göz yaşım, nə də övladımdan oğurladığınız bir qəpik siz nankorlara getməyəcək. 40 il! Yetər. Vəfatınızda da orada olmayacağam. Narahat olmayın, bütün xərclərinizi qarşılayaram. Əgər sizdən əvvəl mən getsəm, siz də yanıma gəlməyin. Gəlsəniz, daşlanarsınız. Vəsiyyətimdir: gəlməyin! Məndən və ailəmdən uzaq durun. Yolunuz və bəxtiniz açıq olsun". 

Beləliklə, uzun illər birgə çalışan və bir çox uğurlu layihəyə imza atan ailə üzvləri arasındakı münasibət rəsmi olaraq sona çatıb




Seçilən
42
2
news24.az

10Mənbələr