EN

Rusiyaya qarşı sanksiyalar genişləndirildi - Siyahıda Azərbaycan vətəndaşlar da var

Ajans.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidmətinin rəsmi saytında məlumat verilib. Məlumata görə, siyahıya 14 fiziki və 41 hüquqi şəxs, habelə üçüncü ölkələrin 105 mülki gəmisi daxil edilib.  Bundan əlavə, 26 şirkət daha sərt ixrac nəzarəti məhdudiyyətlərinə məruz qalıb.  Tədbirlər avqustun 12-də saat 23:00-da  qüvvəyə minir. Xüsusilə, “Mosfilm”in baş direktoru Karen Şanazarov, iş qadını Tatyana Litvinenko,eləcə də bir sıra Çin, Hindistan, İran və Azərbaycan vətəndaşlarına qarşı şəxsi sanksiyalar tətbiq edilib. Hüquqi şəxslər arasında məhdudiyyətlərə Moskva Xüsusi Avadanlıqlar Mexaniki Zavodu, AO Polimer, N. N. Trofimov adına NPO Stekloplastik, Yakutsk Yanacaq və Enerji Şirkəti PAO, Ulyanovsk Maşınqayırma Zavodu, AO İjevsk Mexanika Zavodu və digər müəssisələr daxildir. İsveçrənin sanksiya siyahısına Çin, Sinqapur, Hindistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ayrı-ayrı şirkətləri də əlavə edilib.

Həmçinin İsveçrə də Aİ-nin Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 47,6 dollara endirilməsi təşəbbüsünə qoşulmaq qərarına gəlib. Bu tədbir 3 sentyabr 2025-ci il tarixindən qüvvəyə minir. \ qafqaz.info

Chosen
37
6
Ajans.az

7Sources