EN

Metroda QR-kodla ödənişlərdə problem yarandı - Yenilənib

Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az-a sərnişinlər məlumat verib. 

Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərində yaşanan problemə görə metronun “28 May” stansiyasının girişində sıxlıq müşahidə edilir.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

***

“Bakı Metropoliteni” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, problemin həlli istiqamətində işlər aparılır:

“Hazırda “BakıKart”ın QR-la ödəniş sistemində texniki çətinlik müşahidə olunur. Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq fiziki kartlardan istifadə etmələri tövsiyə olunur. Anlayışınız üçün təşəkkür edirik”.

 

Chosen
88
17
qafqazinfo.az

10Sources