AZ

Metroda QR-la ödəniş sistemində yaranmıış çətinlik aradan qaldırılıb

Bu gün Bakı metrosunda “Bakı kart”ın QR-la ödəniş sistemində çətinlik müşahidə olunub.

Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılıb və qısa müddətdə aradan qaldırılıb”, - deyə məlumatda bildirilib.

Bir daha xatırladaq ki, bu gün səhər saatlarından Bakı metrosunda “Bakı kart”ın QR sistemi vasitəsilə ödənişlərdə çətinlik yaşanıb. Bu səbəblə bir sıra metro-stansiyalarda turniketlərin qarşısında sərnişin sıxlığı müşahidə edilib.

Seçilən
106
17
apa.az

10Mənbələr