Naxçıvandan Bakıya gələn yük maşını İranda qəzaya uğrayıb.
Axar.az Report-a istinadən xəbər verir ki, mineral sularla yüklü olan avtomobil magistral yolda idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mineral sular yola dağılıb.