EN

BMT: Ukrayna böhranının həlli üçün istənilən səyləri dəstəkləməyə hazırdır

BAKI, 12 avqust. TELEQRAF

"BMT Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsində öz üzvlərinin konstruktiv dialoqunu alqışlayır".

Teleqraf xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik avqustun 15-də Alyaskada Rusiya və ABŞ-ın sammitindən dünya təşkilatının gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib:

“Biz üzv ölkələr arasında Ukrayna məsələsində konstruktiv dialoqu alqışlayırıq".

Düjarrik əlavə edib ki, BMT Ukrayna böhranının həlli üçün beynəlxalq hüquqa və onun nizamnaməsinə uyğun istənilən səyləri dəstəkləməyə hazırdır.

Chosen
100
8
teleqraf.com

7Sources