AZ

BMT Rusiya və ABŞ arasında konstruktiv dialoqun davam etdirilməsini alqışlayır

BMT Alyaskada keçirilən sammitin nəticələrini nəzərə alıb və konstruktiv dialoqun davam etdirilməsini alqışlayır.

"Report"un məlumatına görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi BMT Baş katibinin sözçüsü Stefan Dujarrik TASS-a danışıb.

"Biz cümə günü Alyaskada Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşün nəticələrini nəzərə aldıq. Biz BMT üzv dövlətləri arasında konstruktiv dialoqun davam etdirilməsini alqışlayırıq", - mətndə qeyd olunur.

Seçilən
29
1
report.az

7Mənbələr