UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade (59) “Qarabağ”ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.
Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.
*** 21:24
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb - 5:1
59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.
*** 20:40
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda beşinci qol vurulub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi bir qədər də artırıb - 4:1.
35-ci dəqiqədə Marko Yankoviç kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda dördüncü qol vurulub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.
33-cü dəqiqədə Nəriman Axundzadə dəqiq zərbə müəllifi olub.
*** 20:20
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda üçüncü qol vurulub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikinci qol vurulub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
15-ci dəqiqədə qonaqların heyətində Klisman Sake avtoqol müəllifi olub.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk qol vurulub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabı açıblar.
10-cu dəqiqədə Fabris Tamba fərqlənib.
Bizim.Media