EN

Qurban Qurbanov: “Böyük hesabla qalib gəlməyi çox istəyirdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” ilə oyundan sonra fikirlərini bildirib. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis böyük hesablı qələbəni (5:1) şərh edib:

“Qarabağ” göstərdiyi oyunla sübut etdi ki, Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyir. Stadionda da əsl Çempionlar Liqası ab-havası var idi. Baxımlı oyuna şahidlik etdik. Baxmayaraq ki, qarşılaşmanın əvvəlində qol buraxdıq. Buraxdığımız qolda texniki səhvə yol verdik. Sevindirici haldır ki, daha sonra oyunda üstünlüyü ələ ala bildik. Pley-off mərhələsinin oyununa daha məsuliyyətli yanaşacağıq.

Bilirsiniz ki, futbol elə bir səviyəyə çatıb ki, böyükhesablı qələbələr qeydə alına bilər. Belə bir hesabı gözləyirdim deməzdim. Lakin böyük hesabla qalib gəlməyi çox istəyirdim”.

O, Çempionlar Liqasında ilk dəfə debüt edən Hikmət Cəbrayılzadənin meydana çıxmasından danışıb:

“Komandaya cəlb olunan futbolçuların potensialına baxılır. Hikmət məşqlərə qoşulduğu vaxtdan ancaq əzmlə çalışır. İnanın ki, onu ürəklə meydana buraxdım. Çalışacağıq ki, ölkə çempionatının oyunlarında daha çox şans alsın”.

Chosen
88
6
msport.az

10Sources