AZ

Qurban Qurbanov: "Qarabağ"ın böyük hesabla qələbə qazanmasını istəyirdim"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının "Şkendiya" üzərində böyük hesabla qələbə qazanmasını istəyib.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib:

"Qarabağ" göstərdiyi oyunla sübut etdi ki, Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyir. Stadionda da əsl Çempionlar Liqası ab-havası var idi. Baxımlı oyuna şahidlik etdik. Baxmayaraq ki, qarşılaşmanın əvvəlində qol buraxdıq. Buraxdığımız qolda texniki səhvə yol vermişdik. Sevindirici haldır ki, daha sonra oyunda üstünlüyü ələ ala bildik. Pley-off mərhələsinin oyununa daha məsuliyyətli yanaşacağıq".

O, bəzi oyunlarda böyükhesablı qələbələrin ola biləcəyini istisna etməyib:

"Bilirsiniz ki, futbol elə bir səviyəyə çatıb ki, böyükhesablı qələbələr qeydə alına bilər. Lakin belə bir hesabı gözləyirdim deməzdim. Lakin böyük hesabla qalib gəlməyi çox istəyirdim".

Q.Qurbanov Çempionlar Liqasında ilk dəfə debüt edən Hikmət Cəbrayılzadənin meydana çıxmasından danışıb:
"Komandaya cəlb olunan futbolçuların potensialına baxılır. Hikmət məşqlərə qoşulduğu vaxtdan ancaq əzmlə çalışır. İnanın ki, onu ürəklə meydana buraxdım. Çalışacağıq ki, ölkə çempionatının oyunlarında daha çox şans alsın".

Seçilən
35
6
demokrat.az

10Mənbələr