Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 275 km aralıda, ocağı isə 65,3 km dərinlikdə yerləşib.
Dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media