Rusiyanın Kamçatka diyarında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskdan 268 km aralıda baş verib.
Zəlzələnin episentri 64.2 km dərinlikdə yerləşib.