EN

Mourinyonun dediyi oldu: Cəhənnəmə xoş gəlmisiniz VİDEO

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasında cavab matçları davam edir.

Apasport.az xəbər verir ki, ilk oyunda səfərdə “Feyenoord”a 1:2 hesabı ilə uduzan “Fənərbaxça” İstanbulda möhtəşəm geridönüşə imza atıb.

Joze Mourinyonun komandası rəqibini 5:2 hesabı ilə darmadağın edərək pley-off mərhələsinə yüksəlib.

İlk görüşdən sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis jurnalistlərin sualına özünəməxsus tərzdə cavab vermişdi:

“İstanbula xoş gəldiniz, Kadıköyə xoş gəldiniz, cəhənnəmə xoş gəldiniz".

Mourinyo həm bu sözləri ilə rəqibə mesaj göndərmiş, həm də növbəti mərhələyə adlayacaqlarına inandığını vurğulamışdı.

Həmin anları sizə təqdim edirik:

Valdas Dambrauskas: “Risk alacağıq”

“Trabzonspor”dan uğurlu start

“Traktor” İran Superkubokunu qazandı

“Sabah” – “Levski” matçına 5000 bilet satılıb

Kamer Qaka: “Qarabağ” güclü, ciddi komandadır”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
84
50
apasport.az

10Sources