EN

ABŞ-nin dövlət borcu 37 trilyon dollara çatdı

BAKI, 13 avqust. TELEQRAF

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 37 trilyon dollar həddini keçib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarından məlum olur.

Nazirliyin saytında dərc olunmuş məlumatda deyilir ki, 11 avqust 2025-ci il tarixinə ödənilməmiş dövlət borcunun ümumi məbləği 37 004 817 625 842,56 dollar təşkil edib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatlarına görə, ABŞ-nin dövlət borcu 2024-cü ilin iyulunda 35 trilyon dollar, 2024-cü ilin noyabrında isə 36 trilyon dollar həddini keçib.

Chosen
58
2
teleqraf.com

7Sources