EN

ABŞ-nin dövlət borcu ilk dəfə 37 trilyon dolları keçib

Bakı. Trend:

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 37 trilyon dollarhəddini aşıb.

Trend-inməlumatına görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı statistikayaəsasən, 11 avqust 2025-ci il tarixinə ödənilməmiş dövlət borcununümumi məbləği 37 trilyon 4 milyard 817 milyon 625 min 842,56 dollartəşkil edir.

Rəsmi rəqəmlərə görə, ABŞ-nin dövlət borcu:

2024-cü ilin iyulunda 35 trilyon dolları keçib;

2024-cü ilin noyabrında isə 36 trilyon dollar həddini aşıb.

Beləliklə, cəmi bir il ərzində dövlət borcu təxminən 2 trilyondollar artıb.

Chosen
58
2
az.trend.az

3Sources