Bakı. Trend:
Ağdaş rayonunun Ərəb, Hüşün və Kükək kəndlərinə qaz təchizatısabah, 13 avqust 2025-ci il tarixində müvəqqəti olaraqdayandırılacaq.
Trend-inməlumatına görə, Zaqatala Regional Qaz İstismarı İdarəsi bildirirki, Şəmsabad QPS-dən qidalanan D-159 mm-lik ortatəzyiqli qazxəttində kipliyə davamlılıq yoxlaması aparılacaq.
Səhər saat 09:00-dan işlər yekunlaşanadək ümumilikdə 860abonentin qazı kəsiləcək. İşlər tamamlandıqdan sonra qazın verilişibərpa olunacaq.