AZ

Ağdaşın bəzi kəndlərində qaz verilişi müvəqqəti dayandırılacaq

Ağdaş rayonunun Ərəb, Hüşün və Kükək kəndlərinə qaz təchizatı sabah, 13 avqust 2025-ci il tarixində müvəqqəti olaraq dayandırılacaq.

“İki sahil” xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi bildirir ki, Şəmsabad QPS-dən qidalanan D-159 mm-lik ortatəzyiqli qaz xəttində kipliyə davamlılıq yoxlaması aparılacaq.

Səhər saat 09:00-dan işlər yekunlaşanadək ümumilikdə 860 abonentin qazı kəsiləcək. İşlər tamamlandıqdan sonra qazın verilişi bərpa olunacaq.

Seçilən
6
3
ikisahil.az

4Mənbələr