EN

"Qarabağ" - "Ferentsvaroş" matçı fərqli saatda başlanacaq

BAKI. 13 avqust. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasında Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi pley-off matçlarının başlama saatları açıqlanıb.

Teleqraf Budapeşt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 19-da "Groupama Arena"da təşkil olunacaq ilk oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşma saat 20:45-də başlanacaq.

Qeyd edək ki, "Qarabağ"ın pley-off mərhələsinədək ev oyunlarının start fiti saat 20:00-da çalınıb.

Chosen
82
50
teleqraf.com

10Sources