EN

Braziliyada zavodda partlayış - 9 ölü

Braziliyanın Parana ştatında yerləşən partlayıcı maddələr istehsal edən zavodda baş verən partlayış nəticəsində 9 nəfər ölüb.

Bu barədə Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə partlayıcı maddələrin saxlandığı və daşınması üçün hazırlanmış 25 kvadratmetrlik otaqda baş verib. Partlayış nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb. Ştat qubernatoru Ratinho Junior artıq həlak olanların ailələrinə başsağlığı verib.

Hüquq-mühafizə orqanları qəzanın səbəblərini və şəraitini araşdırır.

Chosen
29
4
bakivaxti.az

8Sources