EN

Türkiyə otelləri "hər şey daxil" sistemini ləğv etməyi planlaşdırır

Türkiyə hökuməti "bufet" və "serpme" (kiçik boşqablardan səhər yeməyi) üçün yeni qaydalar tətbiq etməklə, otel və restoranlarda qida israfını məhdudlaşdırmağı planlaşdırır...

Poliqon Sabah qəzetinə istinadən xəbər verir ki, Prezident yanında Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası yaxın vaxtlarda müvafiq qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.

Qeyd olunur ki, Türkiyə otellərində "hər şey daxil" sisteminin "a la carte" ilə əvəzlənməsi təklif edilir. Bu, qonaqların yalnız nə yeyəcəklərini seçib sifariş verəcəyi bir formatdır.

Tullantıların qarşısının alınması Fondunun (TİSVA) məlumatına görə, Türkiyədə hər il təxminən 23 milyon ton ərzaq itkisi baş verir və tərəvəz və meyvələrin 35%-i süfrəyə çatmır. Buna görə də hökumət ərzaq tullantılarının miqyasını azaltmaq istəyir.

Nəşr çörəyə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Jurnalistlər qeyd ediblər ki, Türkiyədə ildə təxminən 4,38 milyard çörək atılır.

Türkiyə hökuməti evsiz heyvanlar üçün küçəyə yemək atmağı da qadağan etməyi planlaşdırır, çünki bu, şəhərləri çirkləndirir və bakteriyaların yayılmasına səbəb olur. Əvəzində yemək qalıqlarının mərkəzləşdirilmiş qaydada sığınacaqlara köçürülməsi təklif edilir.

Bundan əlavə, restoranlardan müştəriləri hər bir şəxs üçün ciddi şəkildə yemək sifariş etməyə məcbur etməyi qadağan etmək tələb olunur. Məsələn, üç ziyarətçi yalnız iki nəfərlik səhər yeməyi yeyə biləcək.

Poliqon.info

Chosen
140
1
poliqon.info

2Sources