EN

Qusarda doğuşdan sonra ana öldü, körpə sağ qaldı

Qusar rayon Mərkəzi Xəstəxanasında qadın qeysəriyyə əməliyyatından sonra ölüb.

AzPost APA-ya istinadən xəbər verir ki, doğum şöbəsinə gətirilən Piral kənd sakini, 31 yaşlı Yasəmən Ospatova qeysəriyyə əməliyyatı zamanı komaya düşüb. İki gün komada qalan qadın vəfat edib.

Körpənin vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Chosen
64
8
azpost.info

10Sources