EN

Qavi komanda yoldaşının satılmasını istəyir

"Barselona"nın yarımmüdafiəçisi Qavi ilə komanda yoldaşı Fermin Lopes arasında münaqişə yaranıb.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, Qavi bu səbəbdən klub rəhbərliyindən komanda yoldaşının satılmasını istəyib.

Mənbənin bildirdiyinə görə, futbolçular arasındakı problemlər şəxsi münasibətlərlə bağlıdır. Qavi və Lopesin rəfiqələri heç vaxt bir-biri ilə yola getməyib və bu gərginlik zamanla futbolçuların öz münasibətlərinə də təsir edib. Qavinin ad günü zamanı Lopesin onu təbrik etməməsi münasibətlərin daha da pisləşməsinə səbəb olub. Məhz bundan sonra Qavi Ferminin satış siyahısına salınması üçün klubda nüfuzlu fiqurlardan biri sayılan Alexandro Eçeveriyaya müraciət edib.

Qavinin bu istəyindən xəbər tutan Lopes isə daha sonra verdiyi açıqlamada bəzi "maskalanmış pis və qorxaq insanlar"dan bəhs edib.

Xatırladaq ki, hər iki futbolçu "Barselona"nın yetirmələridir.

Chosen
12
90deqiqe.az

1Sources