EN

Zelenski Trampla videokonfrans üçün Berlinə gəlir

Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Berlinə gələcək. Səfərdə məqsəd kansler Fridrix Merzlə birlikdə ABŞ prezidenti Donald Trampla videokonfransda iştirak etməkdir.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində prezidentin federal kansler Fridrix Merzlə ikitərəfli görüşü planlaşdırılır, bundan sonra onlar Avropa liderləri, NATO-nun baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Trampla videokonfransda iştirak edəcəklər.

Görüşdən sonra Vladimir Zelenski və Fridrix Merzin media üçün açıqlamaları olacaq.

Almaniya hökumətinin məlumatına görə, Tramp, Zelenski və Avropa hökumətlərinin başçıları ilə bir neçə mərhələdə videokonfrans planlaşdırılır. Əsas diqqət Rusiyanın ərazi iddialarına necə cavab veriləcəyi və təhlükəsizliklə bağlı hansı tələblərin həyata keçirilə biləcəyinə yönələcək.

“Kansler Merz son nəticədə Ukrayna və Avropa üçün mənfi nəticələri olacaq şübhəli sövdələşmənin qarşısını almaq istəyir”,- deyə məlumatda bildirilir.

ELÇİN
Chosen
33
50
reyting.az

10Sources