AZ

"ABŞ Ukraynaya dəstəyi davam etdirəcək" - Tramp

Bugünkü görüşlərin nəticəsindən asılı olmayaraq, Amerika Ukraynaya dəstəyi davam etdirəcək.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı jurnalistlərin sualına cavab olaraq deyib.

Jurnalist Trampa “Bu, Ukraynaya dəstəyin sonudurmu? Bu gün razılaşma olacaq, ya yox?” - deyə sual ünvanlayıb.

Tramp isə cavabında “Bunu heç vaxt deyə bilmərəm. Bu, yolun sonu deyil. İnsanlar ölür və biz bunu dayandırmaq istəyirik" - bildirib.


Seçilən
108
50
news24.az

10Mənbələr