“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda Şimali Makedoniyanın “Şkediya” komandası ilə cavab oyunu keçirərək ölkəmizə UEFA reytinqində daha bir xal qazandırıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin növbəti qələbəsi (5:1) sayəsində Azərbaycanın balansına daha 0,250 xal əlavə olunub.
Beləliklə, Azərbaycanın 19,250 xalı var və 28-ci yerdədir. Həmin reytinqdə Ukrayna bir pillə irəlidədir (19,600), Rusiya isə (18,299) geridədir.
Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media