EN

Putin Alyaskada ABŞ məxfi agentlərinin nəzarətində olacaq

Rusiya Prezidenti Vladimir Putinin Alyaskaya səfəri zamanı təhlükəsizliyini Rusiya qüvvələri ilə yanaşı ABŞ Məxfi Xidməti də təmin edəcək.

Bu barədə TASS agentliyi qurumun keçmiş əməkdaşı Robert Makdonalda istinadən xəbər verib.

Ekspert vurğulayıb ki, siyasi fikir ayrılıqları dövlət başçılarının səfərləri zamanı təhlükəsizlik protokoluna təsir göstərmir.

"Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur", - deyə Makdonald bildirib.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər. Görüş zamanı dövlət başçıları Ukrayna böhranının uzunmüddətli həllinə diqqət yetirəcəklər.
 
 

Chosen
31
50
7news.az

10Sources