Rusiya təhlükəsizlik qüvvələri və ABŞ-nin Məxfi Xidməti Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri zamanı onun təhlükəsizliyini birgə təmin edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS ABŞ Məxfi Xidmətinin keçmiş əməkdaşı Robert Makdonalda istinadən məlumat yayıb:
"Siyasi fikir ayrılıqları dövlət başçılarının səfərlərinin təhlükəsizlik protokoluna təsir etmir. Prezident Putinin Rusiyadan şəxsi mühafizəsi və ABŞ-nin Məxfi Xidmətindən əlavə müdafiəsi olacaq. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur".
Xatırladaq ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.
Kreml sammitin tarixini və yerini təsdiqləyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaskanın seçilməsi məntiqlidir - Rusiya Federasiyası və ABŞ-nin iqtisadi maraqları burada, o cümlədən Arktikada kəsişir.
"Cebheinfo.az"