EN

Bu ölkədən Azərbaycana idxal edilən qazlı su məhsullarında uyğunsuzluq aşkarlanıb

Bakı. Trend:

Yaponiyadan Azərbaycana idxal olunan 126 kq 360 ədəd “DR. PEPPERCAN 350G” əmtəə nişanlı və 120 kq, 240 ədəd “GRAPE 500ML” əmtəənişanlı meyvə aromalı qazlı su məhsullarında benzoy turşusununkütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.

Trend bu barədə AzərbaycanQida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 52,8 kq, 120 ədədsüdlü içki, 36 kq, 72 ədəd qazsız təbii su, 22,56 kq, 48 ədədalkoqolsuz içki, 14,4 kq, 18 ədəd meyvə şirəsi, 24 kq, 48 ədəd“CALPIS THE RICH 490ML” əmtəə nişanlı, 20,64kq, 48 ədəd“CALPIS BODYCALPIS BIO P430ML” əmtəə nişanlı, 24 kq, 48 ədəd “MITSUYA EXTRARICH ORANGE SQUASH P500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYATOKUNO GRAPE SQUASH 500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYATOKUNO PEACH SQUASH P500ML” əmtəə nişanlı alkoqolsuz içkiməhsullarının istifadə müddətinin bitdiyi müəyyən olunub.

"Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb,istehlaka yararsız məhsullar məhv edilib", - qurumdan əlavəolunub.

Məqalədə:
Chosen
13
9
az.trend.az

10Sources