EN

Zelenski Berlində: Rusiya–ABŞ sammiti öncəsi Aİ ilə məsləhətləşmələr başlayıb - ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merslə birlikdə ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı liderləri ilə qarşıdakı Rusiya-ABŞ sammiti öncəsi onlayn məsləhətləşmələrə qatılacaq. Olaylar.az xəbər verir ki, bu barədə "Obşestvennoye. Novosti" telekanalı məlumat yayıb.
Onlayn görüş Almaniya kanslerinin təşəbbüsü ilə təşkil edilib. Mers əvvəlcə Ukraynanın yaxın Avropa müttəfiqləri ilə, ardından isə Tramp və ABŞ vitse-prezidenti Cey Di Venslə telefon konfransı keçirəcək. Müzakirələrə Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Finlandiya liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının rəhbəri Antoniu Koşta və NATO Baş katibi Mark Rutte də qatılacaq.
Avropa liderləri və Zelenski Aİ-ABŞ məsləhətləşmələrindən sonra saat 16:30-da (Bakı vaxtı ilə 17:30) bir araya gələcək. Ukrayna mediasının məlumatına görə, Mers və Zelenski nəticələr barədə birgə bəyanat verə bilərlər.
DPA agentliyi yazır ki, Avropa tərəfi və Zelenski, Alyaskada keçiriləcək Rusiya-ABŞ görüşündə iki ölkə prezidentinin Ukrayna ərazilərinin Rusiyaya verilməsi barədə razılığa gəlməsindən narahatdır. Zelenski dəfələrlə bildirib ki, Kiyev belə bir qərarı qəbul etməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
73
32
olaylar.az

10Sources