Bir və ya iki həftəyə Rusiya - Ukrayna münaqişəsini həll edib-etməyəcəyimizi biləcəyik.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Vladimir Zelenski və Avropa liderləri ilə görüş zamanı bildirib.
“Müəyyən bir müddətdə, azı bir və ya iki həftəyə biz münaqişəni həll edib-etməyəcəyimizi, yoxsa bu dəhşətli döyüşlərin davam edəcəyini biləcəyik. Bunu başa çatdırmaq üçün əlimizdən gələni edəcəyik”,- deyə Tramp bildirib.