AZ

Krım qaytarılmayacaq, Zelenski güzəştə getməlidir TRAMP

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski və Avropa İttifaqı nümayəndələri ilə keçirilən görüşün yekunlarını şərh edib.

Modern.az-ın məlumatına görə, o, həmçinin Vladimir Putinlə telefon danışığı barədə danışaraq, Rusiya-Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Tramp bildirib ki, Ukraynanın NATO-ya qoşulması Rusiya üçün həmişə tabu olub və bu mövqe hələ Putindən öncə də mövcud idi. ABŞ Prezidenti qeyd edib ki, Krımın Ukraynaya qaytarılması mümkün deyil. Onun sözlərinə görə, Zelenskinin güzəştlərə getməsi vacibdir:

“Ukrayna çoxlu torpaq alacaq, lakin Zelenski daha çevik olmalıdır”, - deyə Tramp vurğulayıb.

Tramp bəyan edib ki, prezidentliyi dövründə ABŞ əsgərləri Ukraynaya göndərilməyəcək. Lakin o, Avropa ölkələrinin belə bir addım atmasını normal sayır:

“Fransa, Britaniya və Almaniya öz hərbçilərini Ukraynaya yerləşdirmək istəyirlər. Bu, Rusiya üçün problem yaratmayacaq. ABŞ isə Avropaya dəstək verə bilər, o cümlədən havadan yardım göstərməklə.”

Tramp müsahibəsində Rusiya Prezidenti ilə son telefon danışığına da toxunub. O bildirib ki, Putinlə Avropa liderlərinin gözü qarşısında danışmağı məqsədəuyğun saymayıb: “Bu, Putinə hörmətsizlik olardı. Rusiya güclü hərbi dövlətdir – bəyənilsə də, bəyənilməsə də bu bir faktdır”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, ilk görüş Putinlə Zelenski arasında baş tutarsa, bundan sonra üçtərəfli formatda danışıqlar mümkündür. Onun fikrincə, Avropa liderləri də artıq Ukraynanın müəyyən ərazilərdə güzəştə getməsinin labüdlüyünü anlayırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
50
modern.az

10Mənbələr