AZ

Tramp: “Bu üç ölkə Ukraynaya qoşun göndərmək istəyir” – VİDEO

“Ukrayna NATO-ya üzv olmayacaq. Mən Prezident olduğum müddətdə Amerika hərbçiləri bu ölkəyə göndərilməyəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransa, Almaniya və Böyük Britaniya Ukraynada öz qoşunlarını yerləşdirmək istəyirlər.

Ukrayna NATO-nun bir hissəsi olmayacaq, amma Avropa ölkələri artıq prosesə cəlb olunublar.

Onlardan bəziləri – Fransa, Almaniya, eləcə də Böyük Britaniya – Ukrayna ərazisində qoşun saxlamaq istəyir. Açığını desəm, düşünmürəm ki, bu problem yaradacaq. Məncə, Putin bundan yorulub. Hamı yorulub. Amma kim bilir. Bir neçə həftə ərzində prezident Putin barədə daha çox şey öyrənəcəyik. Baxaq, bütün bunlar necə nəticələnəcək”, — deyə Tramp bildirib.


Bizim.Media

Seçilən
68
50
bizim.media

10Mənbələr